EN

Daha bir soydaşımız Ukrayna uğrunda ŞƏHİD OLDU

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir soydaşımız şəhid olub.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 30 mart 1987-ci ildə dünyaya gələn Tofiq Tahir oğlu Həsənov Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.

Ukrayna ordusunun hərbçisi olan Tahir Həsənov dronlar üzrə operator, aparıcı mütəxəssis olub.

Chosen
59
12
publika.az

10Sources