EN

Naxçıvan-Bakı avtobusu dərəyə aşıb, 16 nəfər yaralanıb-YENİLƏNİB

Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

17:23

Naxçıvanda ağır qəza baş verib, 15-dən çox yaralı var.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

Chosen
32
27
sia.az

10Sources