EN

Kəlbəcərdə daha 29 ailəyə mənzillərin açarları təqdim edilib

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün köç karvanı ilə yenidən qurulan Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Operativ Media xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə - 115 nəfər köçürülüb.

Kəlbəcərə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Chosen
22
1
operativmedia.az

10Sources