EN

"İmişli"dən ilk: 54-cü oldu

“İmişli” Misli premyer-liqasında ilk böyükhesablı qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, 5-ci turun “Karvan-Yevlax”la matçına təsadüf edib.

Jorje Kaşkilyanın yetirmələri səfərdə üç cavabsız qol vurublar. İmişlinin eyniadlı klubu yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb. İndiyədək çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə etməyib.

Xatırladaq ki, “Karvan-Yevlax” ikinci böyükhesablı məğlubiyyətini alıb.

Chosen
32
5
football-plus.az

8Sources