EN

Cəmi iki həftə bu qidadan imtina edin: Bədəninizdə şok dəyişikliklər baş verəcək

Mütəxəssislərin fikrincə, cəmi iki həftə şəkərdən imtina etmək insanın həm bədənində, həm də üzündə nəzərəçarpacaq dəyişikliklər yaradır.

Amerikalı həzm sistemi üzrə mütəxəssis Sourab Sethi şəkərdən uzaqlaşmağın təsirlərini açıqlayıb.

Onun sözlərinə görə, şəkərdən imtina üzün şişkinliyini azaldır, qarın və qaraciyər piylərinin azalmasına səbəb olur, bağırsaq mikrobiotasını tarazlayır, dəridə sızanaq və qırmızı ləkələrin azalmasına kömək edir.

Çində aparılan araşdırma isə yüksək şəkərli qazlı içkilərin sızanaq riskini ciddi şəkildə artırdığını ortaya qoyub. Həddindən artıq şəkər həmçinin qaraciyərin yağlanmasına və orqanizmdə iltihab proseslərinin güclənməsinə səbəb olur.

Diyetoloqlar xəbərdarlıq edirlər ki, şəkərdən imtinanın ilk günlərində baş ağrısı, mədə ağrıları və bağırsaq vərdişlərində dəyişikliklər yaşana bilər. Lakin uzun müddətdə bu proses bədənin ümumi sağlamlığını, enerji səviyyəsini və yuxu keyfiyyətini artırır. Bundan əlavə, arıqlamağa dəstək olur, saç, dəri və dırnaqları möhkəmləndirir.

Şəkər istifadəsinin azalması diabet, ürək xəstəlikləri və bəzi xərçəng növlərinə təsir edir. (Publika.az)

Chosen
26
musavat.com

1Sources