EN

“Biz də hədəfimizdən əl çəkmək fikrində deyilik”

Mövsümə istədiyi kimi başlaya bilməyən “Sabah” növbəti çətin sınaq qarşısındadır.

“Tələbələr”in bu dəfəki rəqibi ötən “futbol ili”ndə kubok mübarizəsindən kənarlaşdırdığı, cari birincilikdə qələbələri sıralayan “Turan Tovuz”dur.

“Sabah” ardıcıl iki oyundakı qələbəsizliyə son verməyə, bölgə təmsilçisi isə liderlər qrupundan düşməmək üçün qalib gəlməyə çalışacaq.

Meydan sahiblərinin əsas fiqurlarından olan İvan Lepinitsa Sportinfo.az-a açıqlamasında deyib:

“Turan Tovuz”a qarşı oynamaq hər zaman çətindir. Yaxşı təşkilatlanmış kollektivdir. İnamlı müdafiə olunur, təhlükəli əks-hücumlar qururlar.

Bu il heyətə təcrübəli futbolçular qatıblar. Nəticələri də yaxşıdır.

Lakin biz də hədəfimizdən əl çəkmək fikrində deyilik. Doğma meydan amilindən istifadə etməyə çalışacağıq.

Son iki matçda 5 vacib xal itirmişik. Odur ki, meydana yalnız və yalnız qələbə üçün çıxacağıq. Bunu bacaracağımıza inanıram”.

Sentyabrın 20-də “Bank Respublika Arena”da keçiriləcək görüş saat 19:30-da start götürəcək.

HƏBİB

Chosen
37
sportinfo.az

1Sources