EN

Biləsuvarda ağır qəza: Ölən var

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, rayon mərkəzindən keçən dolama yolda motosikletlə minik avtomobili toqquşub.

Nəticədə, 1992-ci il təvəllüdlü Tağıyev Tamerlan Zakir oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3 dəfə oxunub.
Chosen
26
5
xezernews.az

10Sources