AZ

Biləsuvarda yol qəzası motosikletçinin ölümü ilə nəticələnib

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, qəza rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb. Hərəkətdə olan motosiklet əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub, daha sonra “Ford” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Tamerlan Zakir oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
7
news365.az

10Mənbələr