EN

Sorğu: Almaniya kanslerindən narazılıq səviyyəsi rekord həddə çatıb

Almaniya sakinləri arasında kansler Fridrix Mertsin hərəkətlərindən narazılıq səviyyəsi rekord həddə çatıb.

“İki sahil” xəbər verir ki, "Bild" qəzetinin sifarişi ilə "INSA" sosiologiya institutunun keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Vurğulanıb ki, hazırda almanların 62%-i onun işi haqqında mənfi fikirdədir. Respondentlərin yalnız 26%-i Almaniya hökumətinin hazırkı rəhbərinin hərəkətlərindən razı qaldığını bildirib. Maraqlıdır ki, iyunun əvvəlində kanslere etimadın qısa müddətə artması müşahidə olunsa da, o vaxtdan onun reytinqi sürətlə aşağı düşərək minimuma çatıb.

Almaniya hökumətinin Xristian Demokrat İttifaqı ilə Bavariya Xristian Sosial İttifaqı blokunun və bütövlükdə Almaniya Sosial Demokrat Partiyasının tərkibində fəaliyyətindən də narazılıq qalmaqdadır.

Belə ki, respondentlərin 62%-i hakim koalisiyanın fəaliyyətindən narazıdır. Almaniya vətəndaşlarının yalnız 23%-i hökumətin fəaliyyətini müsbət qiymətləndirib. Bu, həm də yeni Almaniya hökumətinin formalaşmasından bəri tarixi aşağı göstəricidir.

Sentyabrın 9-da keçirilən son sorğu ilə müqayisədə kanslerdən və hökumətdən narazıların nisbəti artmaqda davam edir. Narazılığın bu qədər yüksək olaraq qalması onu deməyə əsas verir ki, hökumət hələ də seçicilərin etimadını qaytarmağın yolunu tapmayıb.

Chosen
31
ikisahil.az

1Sources