EN

Qətər İsrailin hücumu ilə bağlı məktub göndərdi: Cavab...

Qətər İsrailin 9 sentyabrda paytaxt Doha şəhərinə endirdiyi hücumla bağlı olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmi məktub göndərib.

Axar.az xəbər verir ki, Qətərin ICAO-dakı daimi nümayəndəsi İsa Abdulla əl-Malikinin göndərdiyi məktubda İsrailin Qətərin suverenliyini və Beynəlxalq Mülki Aviasiya Konvensiyasını (Çikaqo Konvensiyası) açıq şəkildə pozduğunu bildirib.

Məktubda Qətərin hücuma beynəlxalq hüquq çərçivəsində cavab vermək hüququnu özündə saxladığı vurğulanıb.

Chosen
15
1
axar.az

2Sources