EN

"Ailəm mənə dəstək olur, bu klubun tarixində iz buraxmaq istəyirəm"

“Real”ın sabiq futbolçusu Raul Albiol karyerasını İtaliyada – “Piza”nda davam etdirəcək.

Son illərdə İtaliya klub futbolunda ispaniyalıların sayı artıb, bu həm “Komo”, həm də A Seriyasının debütantı “Piza”da nəzərə çarpır.

Albiol üçün isə İtaliya çempionatı tanışdır. O, “Napoli”də 6 il çıxış edib.

Sportinfo.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, 40 yaşlı ispaniyalı futbolçu “Piza”nın tarixində iz buraxmaq istədiyini bildirib:

“Real”, “Napoli” və ya “Piza” – mənim üçün fərq etməz. Mən futbola həmişə yüz faizimi verirəm. Ailəm mənə dəstək olur və bu klubun tarixində iz buraxmaq istəyirəm”.

“Piza” A Seriyasının turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Chosen
13
sportinfo.az

1Sources