BAKI, 20 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuela hakimiyyətinin ABŞ-dan deportasiya edilən bütün vətəndaşlarını qəbul etməli olduğunu, əks təqdirdə nəticələrin pis olacağını deyib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" hesabında yazıb.
O bildirib ki, ABŞ Venesuelanın "bütün məhbusları və ruhi xəstəxanalardakı insanları dərhal qəbul etməsini" istəyir. Bu, Venesuela rəhbərliyinin “ABŞ-a gəlməyə məcbur etdiyi” şəxslərə aiddir.
"Bu canavarlar minlərlə insana ciddi ziyan vurub, hətta öldürüblər. Onları indi bizim ölkədən çıxarın, yoxsa bunun əvəzini ödəyəcəksiniz", - Tramp əlavə edib.