EN

"Avtobus bir göz qırpımında idarəetməni itirdi" - Yaralanan sərnişin

Avtobus bir göz qırpımında idarəetməni itirdi. Oturacaqdan qalxıb yerə yıxıldım, başım qapıya dəydi.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Naxçıvan-Bakı istiqamətində hərəkət edən zaman qəzaya düşən avtobusun sərnişini Qasim Həsənov deyib.

O bildirib ki, özünə gələndə hərəni bir tərəfdə görüb: "Birinin qolu qırılmışdı, o birinin ayağı... Həmin vaxt təcili tibbi yardım çağırmışdılar. Onlar da vaxtında gəlib tibbi yardım göstərdilər, sağ olsunlar. Hazırda vəziyyətimiz yaxşıdır".

Qeyd edək ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 10-da artıq xəsarət alan var.

Chosen
21
13
manset.az

10Sources