AZ

Yaralı sərnişin: Avtobus bir göz qırpımında idarəetməni itirdi

Avtobus bir göz qırpımında idarəetməni itirdi. Oturacaqdan qalxıb yerə yıxıldım, başım qapıya dəydi.

“İki sahil” xəbər verir ki, bu sözləri Naxçıvan-Bakı istiqamətində hərəkət edən zaman qəzaya düşən avtobusun sərnişini deyib. O qeyd edib ki, özünə gələndə hərəni bir tərəfdə görüb: "Birinin qolu qırılmışdı, o birinin ayağı... Həmin vaxt təcili tibbi yardım çağırmışdılar. Onlar da vaxtında gəlib tibbi yardım göstərdilər, sağ olsunlar. Hazırda vəziyyətimiz yaxşıdır".

Qeyd edək ki, bu gün günorta saatlarında Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb, yaralılar var.

Seçilən
5
9
ikisahil.az

10Mənbələr