Avtobus bir göz qırpımında idarəetmədən çıxdı. Oturacaqdan qalxıb yerə yıxıldım, başım qapıya dəydi. Avtosfer.az xəbər verir ki, bu sözləri Naxçıvan-Bakı istiqamətində hərəkət edən zaman qəzaya düşən avtobusun sərnişini deyib.
O qeyd edib ki, özünə gələndə hərəni bir tərəfdə görüb:
"Birinin qolu qırılmışdı, o birinin ayağı... Həmin vaxt təcili tibbi yardım çağırmışdılar. Onlar da vaxtında gəlib tibbi yardım göstərdilər, sağ olsunlar. Hazırda vəziyyətimiz yaxşıdır".