EN

Çexiya dron təhlükəsinə qarşı koordinasiya qrupu yaradacaq

BAKI, 21 sentyabr. TELEQRAF

Çexiya hökuməti ölkəni dronlardan qorumaq üçün koordinasiya qrupu yaradacaq.

Teleqraf xəbər verir ki, bu barədə müvafiq bəyanatla Çexiyanın Baş naziri Petr Fiala çıxış edib.

"Biz Rusiya pilotsuz təyyarələrinin yaratdığı təhlükəyə cavab verməliyik. Bizim prioritetimiz vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda istənilən potensial təhlükələrə hazır olmaqdır. Məhz buna görə də biz dövləti pilotsuz təyyarələrdən qorumaq üçün Dövlət Təhlükəsizlik Şurasının nəzdində koordinasiya qrupu yaratmaq qərarına gəldik".

Chosen
23
teleqraf.com

1Sources