EN

İran BAEA ilə əməkdaşlığı dayandırdı

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası, BMT-də Tehrana qarşı sanksiyalarla bağlı keçirilmiş səsvermə fonunda Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırmaq qərarı verib.

Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

“Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığı və böhranın həlli ilə bağlı planların təqdim edilməsinə baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən MAQATE ilə əməkdaşlıq dayandırılacaq”, - Ali Şuradan bildirilib.

Agentlik qeyd edib ki, əməkdaşlığın dayandırılmasına baxmayaraq, İran Xarici İşlər Nazirliyinə tövsiyə olunub ki, Milli Təhlükəsizlik üzrə Ali Şuranın qərarları çərçivəsində milli maraqları qorumaq məqsədilə MAQATE ilə məsləhətləşmələri davam etdirsin.

Sentyabın 19-da BMT-dəki diplomatik mənbə bildirib ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların saxlanılması ilə bağlı qətnaməni qəbul etməyib. Bununla belə, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) uzadılması ilə bağlı müzakirələrin gələn həftə yenidən başlaya biləcəyi qeyd olunub.

Chosen
376
5
publika.az

10Sources