EN

NATO Rusiya ilə bağlı məsləhətləşmələr aparacaq

Estoniyanın Rusiya hərbi təyyarələrinin onun ərazisi üzərində uçması ilə bağlı açıqlamasından sonra NATO-ya üzv ölkələr gələn həftənin əvvəlində məsləhətləşmələr keçirəcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə Almaniyanın FAZ qəzeti məlumat yayıb.

"Estoniyanın Rusiya qırıcıları tərəfindən hava məkanını pozduğunu elan etməsindən sonra NATO-ya üzv ölkələr gələn həftənin əvvəlində məsləhətləşmələr üçün bir araya gələcək. Məsləhətləşmələr 4-cü maddəyə uyğun olaraq keçiriləcək", - nəşr alyansın sözçüsünə istinadən yazıb.

Chosen
5
5
olke.az

6Sources