AZ

NATO Rusiya ilə bağlı məsləhətləşmələr aparacaq

Estoniyanın Rusiya hərbi təyyarələrinin onun ərazisi üzərində uçması ilə bağlı açıqlamasından sonra NATO-ya üzv ölkələr gələn həftənin əvvəlində məsləhətləşmələr keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın FAZ qəzeti məlumat yayıb.

"Estoniyanın Rusiya qırıcıları tərəfindən hava məkanını pozduğunu elan etməsindən sonra NATO-ya üzv ölkələr gələn həftənin əvvəlində məsləhətləşmələr üçün bir araya gələcək. Məsləhətləşmələr 4-cü maddəyə uyğun olaraq keçiriləcək", - nəşr alyansın sözçüsünə istinadən yazıb.

Seçilən
3
4
publika.az

5Mənbələr