Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, AzTV-nin keçmiş sədri Məmməd Murad dünyasını dəyişib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.
Məlumatda deyilir: “Məmməd Murad televiziyaya sədrlik etdiyi dövrdə (1991-1992) neçə-neçə uğurlu layihələr həyata keçirməklə yanaşı, bir sıra reformalara da imza atmışdır.
AKİ adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin”.