EN

Lionel Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəlib

ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-in cari mövsmünün bombardirlər siyahısında ilk pilləyə yüksəlib.

“İki sahil” xəbər verir ki, 38 yaşlı hücumçu bunu "DC Yunayted"lə matçda iki qol vurmaqla reallaşdırıb.

Beləliklə argentinalı hücumçu meydana çıxdığı 22 matçda 22-ci qolunu vurmaqla "Neşvill"in forvardı Sem Surrici (21 qol) qabaqlayıb.

Qeyd edək ki, "İnter Mayami" 28 oyundan sonra 52 xalla turnir cədvəlində beşinci yerdədir.

Chosen
11
8
ikisahil.az

10Sources