EN

Şara Suriyadakı PKK-çılara xəbərdarlıq etdi - Türkiyə hərbi əməliyyatlara başlaya bilər...


Suriya prezidenti Əhməd əl-Şara PKK terror təşkilatı ilə əlaqəli olan “Suriya Demokratik Qüvvələri”nə (SDQ) açıq şəkildə xəbərdarlıq edib. Şara SDQ-nin Suriyaya inteqrasiya etməyəcəyi halda, Türkiyənin hərbi əməliyyatının gündəmdə ola biləcəyinə eyham vurub.

"SDQ dekabr ayına qədər Suriyaya inteqrasiya yolunda ayaqlarını sürükləmədə davam edərsə, Türkiyənin bölgədə hərbi əməliyyatı gündəmə gələ bilər" – deyə Şara paytaxt Şamda jurnalistlərlə görüşündə bildirib.

Şara SDQ ilə danışıqlar zamanı Dəməşqə səfər edən SDQ rəhbəri Mazlum Abdiyə dediklərini də xatırladıb. Şaranın sözlərinə görə, o, görüşün əvvəlində bunları deyib: "Buraya kürdlərin hüquqlarını qorumağa gəlmisinizsə, əhmət çəkməyin. Bu hüquqları qorumaq və kürdlərin Suriyanın bərabər vətəndaşları olmasını təmin etmək mənim əsas prinsipimdir. Mən kürdlərin hüquqlarına sizdən daha çox dəyər verirəm".

TAHİR

Chosen
5
baki-xeber.com

1Sources