ain.az, Yenisabah portalına istinadən məlumat verir.
İsrail ordusu “təhlükəsiz və humanitar zona” elan etdiyi Xan Yunusun Məvasi bölgəsinə hücumlarını davam etdirir.
Yenisabah.az xəbər verir ki, bu hücumların son qurbanı 7 aylıq Cudə əl-Əttar olub.
Anasının qucağında ikən qarın nahiyəsindən yaralanan Cudə həyatını itirib. Körpə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sezar pizza
Körpənin babası Musa əl-Əttar Fələstin xalqının həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində etnik təmizləməyə məruz qaldığını deyib.
O, Ərəb Liqasının toplantılarından da müharibənin dayandırılması ilə bağlı nəticə çıxmamasına diqqət çəkib:
“Biz nəticə görmək istəyirik. Daim müharibə görən, öldürülən, hədəfə alınan bir xalqıq. Bu, belə davam edə bilməz”.
Musavat.com
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.