EN

Azərbaycan kikboksçuları İtaliyada keçirilən Avropa çempionatında uğurla çıxış ediblər

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 12-dən 21-dək İtaliyanın Lido Jesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər, yeniyetmələr və kadetlər arasında Avropa çempionatı keçirilib.

AZARTAC xəbər verir ki, Azərbaycan millisinin üzvləri yarışda yüksək nəticə göstərərək, 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanıblar. Ümumilikdə 41 ölkə arasında mübarizə aparan yığma medal sıralamasında 14-cü yeri tutub.

Hakimlər kollegiyasının üzvü, respublika və beynəlxalq dərəcəli hakim Səbinə Qiyasova Avropa çempionatında beynəlxalq A kateqoriyası qazanmaqla yanaşı, yarışın ən yaxşı qadın rinq hakimi adına da layiq görülüb.

 

Chosen
47
3
azertag.az

4Sources