EN

1306-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1306-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 85 483 PUA-sı, 628 zenit-raket kompleksi, 25 198 tank və digər zirehli texnikası, 1 592 reaktiv yaylım atəş sistemi, 29 777 artilleriya və minaatanı, 42 309 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Chosen
1
49
axar.az

10Sources