Rusiya müharibənin 1304-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 85 035 PUA-sı, 628 zenit-raket kompleksi, 25 172 tank və digər zirehli texnikası, 1 592 reaktiv yaylım atəş sistemi, 29 721 artilleriya və minaatanı, 42 182 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.