EN

Lyayen: Aİ ölkələri öz təhlükəsizliklərini təmin etməkdə müstəqilliyə can atmalıdır

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Üçüncü Dünya müharibəsinə doğru getdiyini zənn etmir, lakin Avropa İttifaqı ölkələrinin özlərini müdafiə etmək qabiliyyətində daha böyük muxtariyyətə nail olmasında israr edir.

Bakıvaxtı.az-ın məlumatına görə, AK rəhbəri bu fikri Belçikanın "Soir" qəzetinə müsahibəsində ifadə edib.

"Xeyr (biz Üçüncü Dünya müharibəsinə doğru getmirik - red.), lakin biz çox təhlükəli bir dövrdə yaşayırıq. Mən Avropada sülh və azadlığı qorumaq üçün əlimdən gələni edirəm. Bu, müdafiə qabiliyyətimizi gücləndirmək əzmimizi izah edir... Biz reallığa üz tutmalıyıq: dünya radikal şəkildə dəyişib və biz çağırışlara cavab verməliyik. Bunun üçün biz özümüzə, müttəfiqlərimizə və rəqiblərimizə sübut etməliyik ki, Avropanın özünü müdafiə etmək iradəsi və qabiliyyəti var", - fon der Lyayen əmindir.

O həmçinin ümumi Avropa ordusunun yaradılacağına söz verməyib. AK rəhbəri Aİ-də nə vaxt ümumi Avropa ordusunun yaranacağı sualına cavab verərkən qeyd edib ki, üzv dövlətlər həmişə öz qoşunları üçün məsuliyyət daşıyacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
5
bakivaxti.az

6Sources