EN

Sümük iliyi donorğuluğu təhlükəsizdirmi?

ain.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

SƏHİYYƏ NAZİRLİYİ MÜTƏXƏSSİSİNDƏN CAVAB“Sümük iliyi donorluğu minlərlə insanın həyatını xilas edə bilər.”. Bu haqda Səhiyyə Nazirliyinin mütəxəssisi Nərgiz Əliyeva sehiyye.gov.az saytına verdiyi müsahibe zamanı danışıb. Onun sözlərinə görə, bu proses könüllü olaraq, donora zərər yetirmədən həyata keçirilir. Sümük iliyinin alınması ya cərrahi yolla, ya da periferik qandan xüsusi aparat vasitəsilə aparılır.Sümük iliyi əsasən leykoz, limfoma, talassemiya, aplastik anemiya kimi xəstəliklərdən əziyyət çəkən xəstələrə lazım olur. Transplantasiya zamanı donordan alınan sağlam hüceyrələr xəstənin zədələnmiş hüceyrələrini əvəz edir.Nərgiz Əliyeva qeyd edir ki, sümük iliyi donorluğu donorun həyatı üçün təhlükəli deyil. Prosedur ümumi anesteziya altında aparılır və əməliyyatdan əvvəl donorun sağlamlığı hərtərəfli yoxlanılır. Donor olmaq üçün şəxsin ciddi xəstəliyi olmamalı, yaşı 18–60 aralığında olmalıdır. Ən vacib meyar isə donor və xəstə arasında İnsan Leykosit Antigenlərinin (HLA) uyğunluğudur. Qan qrupunun uyğunluğu əsas şərt deyil.Sümük iliyi ilə yanaşı, qan, orqan və toxuma donorluğu da bir çox xəstə üçün həyat xilas edən yeganə yoldur. Orqan çatışmazlığı, ağır yanıqlar, qəza və əməliyyat hallarında bu cür donorluq həyati əhəmiyyət daşıyır. Mütəxəssis sümük iliyi donoru olmaq istəyənləri könüllü şəkildə qeydiyyatdan keçməyə çağırır.

Saglamolun.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
saglamolun.az

1Sources