EN

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Himni xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova səsləndiriblər.

Mərasimdə rəsmi şəxslər də iştirak ediblər.

Açılışdan sonra "Formula 1"də əsas yarışa start veriləcək.

Chosen
26
8
ikisahil.az

10Sources