EN

Ekspert: Direktorlar və müəllimlər valideynləri soyur

ain.az bildirir, Sherg.az portalına istinadən.

Sosial şəbəkələrdə yayılan səs yazıları təhsil sisteminin vəziyyətini üzə çıxarır

Məsuliyyətsiz və vicdansız direktorların fəaliyyətinə son qoymağın yeganə yolu sərt cəza tədbirlərinin tətbiq olunmasıdır

Məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul yığılması artıq “adi hala çevrilmiş” problem hesab olunur.

Bu məsələ həm qanuni baxımdan suallar doğurur, həm də təhsil sisteminə ictimai etimadın zəifləməsinə gətirib çıxarır. Son dövrlərdə sosial şəbəkələrdə yayılan səs yazıları, faktlar və mediada işıqlandırılan halların çoxalması göstərir ki, problem təsadüfi deyil, sistemli xarakter daşıyır. 

Rəsmi qurumlar isə ənənəvi olaraq “daxili araşdırma aparılacaq” cavabı ilə kifayətlənirlər. Lakin bu addımın problemi kökündən həll etmədiyi dəfələrlə sübut olunub. İnzibati tədbirlər görmək, günahkarı cəzalandırmaq müəyyən qədər təsir göstərə bilər, amma məsələni yalnız inzibati yolla aradan qaldırmaq mümkün deyil. Çünki problem həm məktəb rəhbərliyinin, həm valideynlərin münasibətindən, həm də sistemin şəffaf olmamasından qaynaqlanır.

Ekspertlərin fikrincə, bu məsələ real həllini tapmasa, təhsil sahəsində “kölgə ödənişləri” illərlə davam edəcək, nəticədə məktəbin imici, müəllimin nüfuzu, valideynin inamı zədələnəcək. Sadəcə, nazirliyin daxili araşdırmaları ilə kifayətlənmək yox, ictimai nəzarət mexanizmləri qurmaq, şəffaf hesabatlılıq tətbiq etmək və valideynlər üçün alternativ rəsmi kanallar yaratmaq vacibdir. Əks halda, pul yığımı problemi təhsil sisteminin xroniki yarasına çevrilməkdə davam edəcək.

Qeyd edək ki, Bakının Nizami rayonu, 250 nömrəli məktəbində valideynlərdən pul yığıldığı iddia olunur.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən valideynlər belə deyirlər. Onların iddiasına görə, illərdir vatsapda yaradılmış qrup vasitəsilə onlardan müxtəlif adlar altında pul yığılır. Deyilir ki, sinif təmir olunmalı, pərdələr dəyişdirilməli, xadimə üçün pul yığılmalıdır.

Valideynlərdən kimisi bu kimi təşəbbüslərdən artıq təngə gəldiyini, kimisi isə məcbur qalıb ödədiyini deyir.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sherg.az-a açıqlamasında valideynlərdən məktəb təmiri adı altında  pul yığılmasının təhsil adına böyük hörmətsizlik olduğunu deyib.

Ölkə gündəmində ciddi narahatlıq doğuran bu məsələyə münasibət bildirən İ.Orucovun fikrincə, son günlər sosial şəbəkələrdə yayılan səs yazıları, məktəb direktorları və müəllimlərlə bağlı səslənən iddialar ürəkaçan mənzərə yaratmır. Bu hal təkcə ayrı-ayrı şəxslərin fəaliyyəti ilə bağlı deyil, bütövlükdə təhsil sisteminə hörmətsizlik kimi qiymətləndirilməlidir.

Elm və Təhsil Nazirliyinin bu kimi hallarla mütəmadi mübarizə apardığını vurğulayan Cəmiyyət sədri təəssüflə qeyd edib ki, hələ də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək pul yığımı ilə məşğul olan direktorlar öz “işlərini” davam etdirirlər: 

Chosen
19
sherg.az

1Sources