EN

Taliban Baqram bazasının ABŞ-yə qaytarılması tələbinə sərt reaksiya verdi

BAKI, 21 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Baqram aviabazasının yenidən Vaşinqtonun nəzarətinə qaytarılması tələbinə Taliban kəskin reaksiya verib.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, hərəkatın Silahlı Qüvvələrinin qərargah rəisi Fasihuddin Fitrat dövlət televiziyasında yayımlanan çıxışında deyib:

“Əfqanıstan tam müstəqildir, öz xalqı tərəfindən idarə olunur və heç bir xarici dövlətə bağlı deyil. Biz heç bir quldur və ya təcavüzkardan qorxmuruq”.

Qeyd edək ki, Baqram aviabazası ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Talibanın nəzarətinə keçib. Hazırda qruplaşma həmin obyektdən ələ keçirilmiş texnika və silahların nümayişi üçün istifadə edir. Baza Talibanın qələbə rəmzinə çevrilib və mütəmadi olaraq hərbi paradlarda və rəsmi tədbirlərdə təqdim olunur.

Chosen
10
teleqraf.com

1Sources