Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.
Avstraliya Böyük Britaniya və digər Avropa ölkələrinin ardınca yaxın zamanda Fələstin dövlətini tanımaq niyyətində olduğunu elan edəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "The Times of Israel" ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı adı açıqlanmayan yüksək vəzifəli şəxsə istinadən məlumat verib.
"Avstraliya Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstin dövlətini birtərəfli tanıdığını elan edəcək", - deyə nəşr yazır.
Daha əvvəl KİV Böyük Britaniyanın bazar günü, Nyu-Yorkda Baş Assambleyanın yüksək səviyyəli həftəsi başlamazdan əvvəl Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirmişdi.
Nəşr qeyd edir ki, Avstraliyanın bu addımı ABŞ-nin etirazlarına baxmayaraq, atılır.
"Biz onlara bunun məqsədəuyğun olmadığını dedik", - məqalədə qeyd olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.