EN

Böyük Britaniyanın baş nazir müavini: Fələstin dövlətinin tanınması dərhal nəticə verməyəcək

London, 21 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın baş nazir müavini Devid Lemmi Britaniyanın Fələstin dövlətini tanımasının Qəzzadakı real vəziyyəti dərhal dəyişməyəcəyini açıqlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Lemmi etiraf edib ki, Böyük Britaniyanın Fələstin dövlətini tanıması dərhal reallığa çevrilməyəcək.

“Hətta bu gün belə bir qərar qəbul edilsə, bu, sabah Fələstin dövlətinin mövcud olacağı anlamına gəlmir”,- deyə Lemmi açıqlayıb: “Bu, uşaqları doyuracaqmı? Xeyr, bu, humanitar yardımdan asılıdır. Girovları azad edəcəkmi? Bu, yalnız atəşkəslə mümkündür”.

O əlavə edib ki, Londonda verilən qərarın məqsədi iki dövlətli həll yolunu dəstəkləmək və Fələstin məsələsinin ədalətli bir mübarizə olduğunu göstərməkdir: “Bu, mənim və baş nazirin iyulun sonunda verdiyi qərardır”.

Qeyd edək ki, bu gün Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Chosen
4
1
azertag.az

2Sources