EN

Netanyahudan KRİTİK AÇIQLAMA: Suriya ilə sülh sazişi...

İsrailin Baş nazir Binyamin Netanyahu Suriya ilə danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.

Bakıvaxtı.az "Times of İsrael"ə istinadən xəbər verir ki, Netanyahu bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.

O bildirib ki, sözügedən irəliləyiş rəsmi Dəməşq ilə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər.

"Biz suriyalılarla əlaqələr qururuq və müəyyən irəliləyiş əldə olunub, lakin dəqiq mənzərə hələ gələcəkdə bəlli olacaq".

Nəşr qeyd edib ki, rəsmi Dəməşq İsraildən hava zərbələrinin dayandırılmasını və Suriyanın cənubuna irəliləyən qoşunlarının geri çəkilməsini təmin etməyə çalışır.

Chosen
11
2
bakivaxti.az

3Sources