EN

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı

Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Xezerxeber.azxəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq, Böyük Britaniya və Niderlandın Dövlət himnləri səsləndirilib.

Ən yaxşı nəticəyə “Red Bull” komandasının üzvü Maks Ferstappen imza atıb. Finişə birinci çatan sürücü Azərbaycan Qran-Prisinin qalibi olub. Corc Rassell (“Mercedes”) ikinci, Karlos Saynz (“Uilliams”) üçüncü olub.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

Chosen
13
15
xezerxeber.az

10Sources