EN

Xabi Alonso Luşemburqo və Kirantenin uğurunu təkrarladı

İspaniya La Liqasının 5-ci turunun “Espanyol”la ev oyunu Madrid “Real”ının baş məşqçisi Xabi Alonso üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, ispan mütəxəssis Madrid klubunun sabiq baş məşqçilərinin uğurunu təkrarlayıb.

“Opta Sport”un məlumatına görə, komanda bu mütəxəssisin rəhbərliyi altında La Liqada keçirdiyi ilk beş matçında qələbə qazanıb.

Bununla da Xabi Alonso Xose Kirante və Vanderley Luşemburqonun nailiyyətini təkrarlayıb. Kirantenin rəhbərliyi altında “Real” 1928/1929 mövsümündə ilk beş matçı qələbə ilə başa vurub. Luşemburqo isə bunu 2004/2005 mövsümündə reallaşdırıb.

Xatırladaq ki, Madrid təmsilçisi hazırda 15 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Alonsonun komandası La Liqanın yeni mövsümündə itkisiz irəliləyən yeganə kollektivdir.

error: Məzmun qorunur!
Chosen
7
5
arena.az

10Sources