AZ

Premyer Liqa: “Qarabağ” “Araz”a 5 qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Mərdəkanda baş tutub.

“Araz-Naxçıvan” burada son çempion “Qarabağ”la üz-üzə gəlib. Turun mərkəzi oyununu FİFA referisi Əliyar Ağayev idarə edib. Qonaqlar daha üstün oyun nümayiş etdirərək 5 cavabsız qola seviniblər.

Premyer Liqa
5-ci tur
21 sentyabr

“Araz-Naxçıvan” – “Qarabağ” 0:5
Qollar: Toral Bayramov, 4; 28-pen; 65-pen. Musa Qurbanlı, 52. Kris Kuaku, 52.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mərdəkan. “Dalğa Arena”.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 20. Kadi Borges, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

error: Məzmun qorunur!
Seçilən
1
13
arena.az

10Mənbələr