EN

Rusiya Krımda böyük itkilər verdi Kamikadze PUA ları helikopterləri və radar sistemini vurub

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ukrayna Silahlı Qüvvələrinin kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) Krım ərazisində Rusiyaya məxsus hərbi hədəfləri vurub. Bu barədə Ukrayna hərbi mənbələri məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiyanın bir neçə "Mi-8" helikopteri məhv edilib. Bundan əlavə, ölkənin hava hücumundan müdafiə sisteminin bir hissəsi olan "Nebo-U" radiolokasiya kompleksi də zərərsizləşdirilib.

Zərbələrin dəqiq koordinasiyalar üzrə həyata keçirildiyi və hücumların Krımın dərinliyində yerləşən hərbi obyektlərə yönəldiyi bildirilir. Hadisə ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Ukrayna ordusu son aylarda Rusiya qoşunlarının Krımda yerləşən hərbi infrastrukturuna qarşı hücumlarını intensivləşdirib. Ekspertlər bu hücumların Rusiya ordusunun hava nəqliyyat imkanlarını və radar nəzarət qabiliyyətini zəiflətməyə yönəldiyini bildirirlər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

1Sources