Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli Bakıda Bülbülə kənd qəbiristanlığında dəfn edilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, "Qazax" Xeyriyyə İctimai Birliyinin nümayəndələri və bir sıra ədəbiyyat adamları iştirak ediblər.
Qeyd edək ki, 83 yaşlı polkovnik-leytenant ötən gün ADA Universitetinin Qazax filialında tədbir başlayan zaman qəfil vəfat edib.