EN

İran Prezidenti ABŞ-a səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian gələn həftə BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə İran prezidentinin siyasi müşaviri Mehdi Sənai deyib.

O bildirib ki, səfər çərçivəsində Pezeşkian müxtəlif ölkələrin liderləri və BMT-nin Baş katibi ilə görüşlər keçirəcək, həmçinin beyin mərkəzləri, assosiasiyalar və ABŞ-da yaşayan iranlılarla bir araya gələcək.

Nuray

Xəbər 2 dəfə oxunub.
Chosen
21
1
xezernews.az

3Sources