EN

Sensasiya: enerji meneceri Rusiya kəşfiyyatına işlədiyi üçün qovuldu – Kremlin neft və qaz agentura şəbəkəsi ifşa olunur

 Avstriyanın enerji nəhəngi OMV-nin yüksək vəzifəli meneceri Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) işləməkdə şübhəli bilinərək işdən azad edilib.


Musavat.com xəbər verir ki, bir neçə ay Dövlət Təhlükəsizlik və Kəşfiyyat İdarəsi (DSN) tərəfindən izlənilən menecerin evindən çoxsaylı gizli sənədlər aşkarlanıb.

Məlumatlara görə, həmin şəxs mütəmadi olaraq Qərb xüsusi xidmət orqanlarının “FSB agenti” kimi tanıdığı rusiyalı diplomatla görüşüb. İndi Avstriya prokurorluğu həmin diplomatdan toxunulmazlığın götürülməsini tələb edir. Əks halda, o, ölkədən çıxarılacaq.

OMV şirkəti dərhal bəyanat yayaraq, əməkdaşın işdən qovulduğunu və hakimiyyət orqanları ilə tam əməkdaşlıq etdiyini bildirib. Narahatlıq doğuran əsas məsələ isə menecerin Borealis və Borouge layihələrinə çıxışının olmasıdır. Bu layihələr OMV üçün, eləcə də onun Yaxın Şərq tərəfdaşı ADNOC üçün strateji əhəmiyyət daşıyır.

Rusiyanın enerji agentura şəbəkəsi – gizli savaşın yeni mərhələsi

Bu qalmaqal Kreml kəşfiyyatının enerji sektorunda qurduğu geniş agentura şəbəkəsinin bir hissəsidir. Moskva illərdir ki, Qərbin enerji şirkətlərinə, o cümlədən neft və qaz sektorunun nəhənglərinə sızmaqla həm iqtisadi təsir dairəsini genişləndirməyə, həm də strateji məlumat toplamağa çalışır.

Neft və qaz layihələrində çalışan hər bir yüksək vəzifəli şəxs Kreml üçün potensial hədəfdir. OMV qalmaqalı da göstərir ki, Rusiya yalnız diplomatik kanallarla deyil, həm də enerji şirkətləri vasitəsilə Qərb dövlətlərinin iqtisadi və siyasi qərarlarına təsir etməyə cəhd göstərir.

Avstriyadakı ifşa olunmuş agentura, əslində, daha geniş miqyaslı şəbəkənin bir fraqmentidir. Qərb analitikləri xəbərdarlıq edir ki, Moskva neft və qaz ölkələrinin əksəriyyətində gizli agentura fəaliyyəti qurub və enerji bazarını nəzarətdə saxlamaq üçün sistemli şəkildə işləyir.

Avstriyadakı son hadisə göstərir ki, Rusiya kəşfiyyatı yalnız hərbi və siyasi sahədə deyil, həm də enerji sektorunda “səssiz müharibə” aparır. OMV qalmaqalı isə bu müharibənin açıq nümunəsidir.
Bu nümunələrdən biri də Azərbaycanlı enerji oliqarxı Adnan Əhmədzadədir. Bakıda həbs olunan Əhmədzadınin Rusiya gizli servisinə işlədiyi iddia olunur.

Musavat.com

Chosen
31
35
musavat.com

10Sources