Hər fürsətdə irəliləmək üçün çalışdım. Bəzi məqamlarda riskə gedə bilərdim, amma düzgün qərar verib, mövqeyimi qorumağa üstünlük verdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında ikinci olan “Mersedes” komandasının üzvü Corc Rassell deyib.
O, bu nəticənin dünya çempionatında xal qazanmaq baxımından çox əhəmiyyətli olduğunu deyib: “Hədəf həmişə birinci yerdir, amma bugünkü çıxışımdan razı qaldım. Növbəti yarışda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.