Mərakeş millisi və "Qalatasaray"ın sabiq üzvü Hakim Ziyeş karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Apasport.az “Marca”ya istinadən xəbər verir ki, İspaniya klublarının da diqqət mərkəzində olan futbolçu “Beşiktaş”ın transfer siyahısındadır.
Hazırda klubsuz olan 32 yaşlı vinger Türkiyəyə qayıtmaq məsələsini gözdən keçirir.
Lakin o, qəti qərarını verməyib. “Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray” klublarında oynamış Ziyeşin son komandası Qətərin “Əl-Duhail” klubu olub.
Pereyranın durumuna aydınlıq gəldi
ÇL-də həftənin oyunçusu adına namizədlər bəlli olub
Mateuş Silva Çempionlar Liqasının rəmzi heyətində
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
İrfan Can “Fənər” azarkeşlərindən üzr istəyib