EN

MPL: "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın etdi, "Neftçi" "Sumqayıt"a qalib gəlir - YENİLƏNİR

Misli Premyer Liqasında 5-ci tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun son günündə iki matç baş tutacaq.

Turun mərkəzi qarşılaşmasında son Azərbaycan çempionu "Qarabağ" ilə bürünc mükafatçı "Araz-Naxçıvan" üz-üzə gəliblər. Ağdam təmsilçisi 3 xalı 5 qolla qazanıb. Azlıqda qalan naxçıvanlılarla görüşdə Toral Bayramov het-trikə imza atıb.

Tura Sumqayıtda yekun vurulacaq. "Gənclik şəhəri" təmsilçi doğma meydanda "Neftçi"ni qonaq edəcək.  

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı və "Qəbələ" "Kəpəz"i 3:0, "Zirə" "Şamaxı"nı 2:1 və "Sabah" "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.  

Misli Premyer Liqası
5-ci tur
21 sentyabr 

 “Araz-Naxçıvan” – “Qarabağ” 0:5 
Qollar:
Toral Bayramov, 4; 28-pen; 65-pen. Musa Qurbanlı, 52. Kris Kuaku, 85.
Qırmızı vərəqə: Slavik Alxasov, 27. 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: Fərid Hacıyev, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mərdəkan. “Liv Bona Dea Arena”.

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 20. Kadi Borqes, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

“Sumqayıt” – “Neftçi” 0:1 (ikinci hissə)

Qol: Ağadadaş Salyanski, 79.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.
“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Chosen
33
3
fanat.az

4Sources