EN

Gədəbəydə qardaş-bacını avtomobil vurub

Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını yolu keçmək istəyən V.Qəhramanlını və onun bacısı G.Qəhrmanlını vurub. Onlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
15
19
cebheinfo.az

10Sources