EN

Ali məktəblərə aşağı bal toplayanlar 4 il sonra iş tapa bilirmi?VİDEO

Bu il 155, 160, 177 balla dövlət universitetlərinə qəbul olanlar oldu. Bu tələbələr 4 il oxuyub, diplom alacaqlar, bəs sonra?

Xezerxeber.az-ın xəbərinə görə, təhsil eksperti Kamran Əsədov deyir ki, ixtisas qrupları üzrə bu il ən aşağı ballar 1-ci və 2-ci ixtisas qruplarında olub. Onun sözlərinə görə, aşağı ballı ixtisasların bəziləri əmək bazarında çox ehtiyac olmayanlardır.

Bəzi ixtisaslarda isə vəziyyət fərqlidir. Abituriyentlər bu il ən prestijli universitetlərin belə bəzi ixtisaslarına aşağı balla daxil olsalar da, 4 ildən sonra əmək bazarında əziyyət çəkməyəcəklər. Çünki bu ixtisaslara təlabat günü-gündən artır. Burada əsas problem isə təlabatın çox olduğu sahə üzrə peşəkar, savadlı kadrların yetirişdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, "2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə 61 minə yaxın plan yeri ayrılmışdı. Həmin yerlərin 57 mini bakalavrlar tərəfindən tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
4
2
xezerxeber.az

4Sources