Bu il 155, 160, 177 balla dövlət universitetlərinə qəbul olanlar olub.
Təhsil eksperti Kamran Əsədov deyir ki, ixtisas qrupları üzrə bu il ən aşağı ballar 1-ci və 2-ci ixtisas qruplarında olub. Onun sözlərinə görə, aşağı ballı ixtisasların bəziləri əmək bazarında çox ehtiyac olmayanlardır.
Bəzi ixtisaslarda isə vəziyyət fərqlidir. Abituriyentlər bu il ən prestijli universitetlərin bəzi ixtisaslarına aşağı balla daxil olsalar da, 4 ildən sonra əmək bazarında əziyyət çəkməyəcəklər. Çünki bu ixtisaslara tələbat günü-gündən artır. Burada əsas problem isə təl’batın çox olduğu sahə üzrə peşəkar, savadlı kadrların yetirişdirilməsi ilə bağlıdır.