EN

Oğuzda avtomobil 46 yaşlı piyadanı vuraraq öldürdü

Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Publika.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Baş Daşağıl kənd sakini, 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçərkən avtomobil onu vurub.

S.Abdulhəmidov hadisə yerində ölüb.

Chosen
25
8
publika.az

10Sources