AZ

Oğuzda 46 yaşlı kişini maşın vurub öldürdü

Oğuzda 46 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral  yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Baş Daşağıl kənd sakini 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçmək istəyərkən avtomobil onu vurub və S. Abdulhəmidov hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Seymur Əli

Seçilən
15
6
unikal.az

10Mənbələr