Oğuzda 46 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Baş Daşağıl kənd sakini 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçmək istəyərkən avtomobil onu vurub və S. Abdulhəmidov hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Seymur Əli